Kateqoriyalar
"Lotereyaya əlavə olaraq bir neçə həvəsləndirici tədbirlər müzakirə olunur".
Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, həvəsləndirici tədbirlər İdarələrarası Koordinasiya Şurasının qərarından sonra elan olunacaq.
"Hələlik lotereya istisna olmaqla bir neçə həvəsləndirici tədbirlər haqqında müzakirələr gedir. Müvafiq qərar Koordinasiya Şurasının müzakirəsindən sonra məlum olacaq", - deyə Qamkrelidze bildirib.