19.09.2021 00:37
616
Siyasət
A
"İvanişvili rejimi bizi böhtan, kir bataqlığında saxlamağa çalışır" - Bokeria

"İvanişvili rejimi bizi böhtan, kir bataqlığında saxlamağa çalışır, buna isə sandıq başına gedərək onu məğlub edərək cavab verməliyik".

Aktual.ge xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının lideri Qiqa Bokeria deyib.

Onun sözlərinə görə, Bidzina İvanişvilinin ətrafı ilə Giorgi Qaxaria arasındakı münasibətlər "İvanişvili rejiminin bütün ölkəyə vurduğu" korrupsiyanın sübutudur.

"Bu rejimə və bu adama, bu Putinçi bataqlıqda boğulacağımız və iqtidarda olacağım mesajından başqa deyəcək bir şey olmayan və bunun üçün bütün bu üsullardan istifadə edir. Bütün bunlar seçkilərdə vətəndaşlar lazımi qərarı verdikdə cavablandırılacaq",-söyləyib Q.Bokeria.

ŞƏRH YAZ
1