Putin-Bayden görüşü üçün xərclənən pulun həcmi açıqlandı
19.09.2021 09:35
601
Dünya
A
Putin-Bayden görüşü üçün xərclənən pulun həcmi açıqlandı

İsveçrənin Cenevrə kantonu Rusiya və ABŞ Prezidentləri- Vladimir Putin və Co Bayden görüşünün xərclərinin hesablanmasını tamamlayır.

Aktual.ge xarici medialara istinadən xəbər verir ki, ümumi məbləğ 10 milyon dolları keçə bilər.

Mətbuatda dərc olunan ilkin hesablamalara görə, zirvə görüşü zamanı təhlükəsizliyin həyata keçirilməsi 5 milyon 176 min franka başa gəlib. Bunlar ordu və mülki müdafiə xidmətlərinin iştirakı istisna olmaqla, kanton polisinin işi, qonşu kantonlardan gələn təhlükəsizlik xidmətləri, onların yerləşmə və nəqliyyat xərcləridir. Bu xərclərin bir hissəsi Federal Polis tərəfindən qarşılanacaq.

Digər 222 658 frank protokol xidmətlərinə xərclənib, 518 min zirvənin təhlükəsizlik perimetrində yerləşən müxtəlif təşkilatların bir iş gününün boş qalmasını kompensasiya edib. Burada xərclərin bir hissəsi də federal orqanlar tərəfindən qarşılanacaq.

Federal Xarici İşlər Nazirliyi zirvəni işıqlandıran jurnalistlərə nəqliyyat və iaşə üçün xərclənən 3 milyon frankı öz üzərinə götürəcək.

Bildirilir ki, bunlar yalnız ilkin təxminlərdir, yekun rəqəmlər 10-15% arta bilər. Hesablamalar başa çatdıqda Federal orqanlara göndəriləcək.

Qeyd edək ki, Vladimir Putinlə Co Baydenin görüşü iyunun 16-da Cenevrədə baş tutub.

ŞƏRH YAZ
1