Ötən axşam Marneulidə avtomobilin vurduğu piyada həyatını itirib
19.09.2021 11:47
1762
Hadisə
A
Ötən axşam Marneulidə avtomobilin vurduğu piyada həyatını itirib

Ötən axşam Marneulinin mərkəzi Rustaveli küçəsində yüksək sürətlə hərəkət edən avtomobil yaşlı kişini vurması nəticəsində həkimlər onun həyatını xilas edə bilməyib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerinə təcili yardım çağırılsa da, vaxtında gəlməyib, ardından vətəndaşlar avtomobilin vurduğu piyadanı özləri xəstəxanaya aparıb, bir sıra müdaxilələrə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb və yaşlı adam vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
16