Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze, Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğasını proqnozlaşdırır.
Aktual.ge xəbər verir ki, baş epidemioloqun proqnozuna görə, peyvənd nisbətimiz yüksək olsa, beşinci dalğa yüksək asan və sadə keçəcək.
Mərkəz rəhbərinin fikirincə, əhali əgər maska taxmağa ciddi riayət edərsə və peyvəndlənmə prosesinin sürəti artarsa ölkədə pandemiyanın 5-ci dalğası yumşaq formada keçəcək.
“Ardıcıl üç gündür ki, aşılama nisbəti aşağı düşür, bu çox pisdir. Təəssüf ki, maska taxma nisbəti də yaxşılaşmır - əvvəllər 47% idisə, indi isə 43%-ə enib. Vaksinasiya nisbəti yüksək olarsa beşinci dalğa nisbətən asan və sadə olacaq. Sentyabr-oktyabr aylarında gərək ən azı 600-700-800 min insan peyvənd oluna",-A.Qamkrelidze söyləyib.