Rusiyada Dumaya seçkilər başa çatıb
19.09.2021 22:56
371
Siyasət
A
Rusiyada Dumaya seçkilər başa çatıb

Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.

Aktual.ge Report-a istinadən xəbər verir ki, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45 %-i ötüb.

Səsvermələrin aktiv olduğu regionlar arasında Çeçenistan da var. Burada seçicilərin 93 %-dən çoxu səsvermələrdə iştirak edib. Tatarsıtan və Başqırdıstanda seçici fəallığı müvafiq olaraq 70 % və 65 %-i ötüb.

Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilir, onlayn səsvermədə iştirak 95 % olub.

 

ŞƏRH YAZ
1