20.09.2021 11:26
405
Siyasət
A
"Aktual.ge xəbər portalı Marneuli mer namizədlərinə və bələdiyyənin majoritar namizədlərinə unikal şans təklif edir" – Hüseynov 

"Aktual Media" - Aktual.ge xəbər portalı Marneuli merliyinə uğrunda mübarizə aparan və bələdiyyənin üç ən əsas seçki dairəsindən olan majoritar namizədlərə Aktual.ge-nin "Facebook" səhifəsi üzərindən canlı yayına çıxaraq öz platformalarını, təkliflərini və əhaliyə müraciət edə bilərlər.

Aktual.ge xəbər verir ki, belə bir təşəbbüsü "Aktual Media"nın baş direktoru İlkin Hüseynov irəli sürüb.

" 'Aktual Media' - Aktual.ge xəbər portalı Marneuli merliyi uğrunda mübarizə aparan, o cümlədən bələdiyyənin üç əsas seçki dairəsindən olan majoritar namizədlər üçün unikal bir şans təklif edir. Belə ki, Marneuli merliyinə bütün namizədlər və bələdiyyənin üç əsas seçki dairəsinin majoritar namizədləri Aktual.ge xəbər portalının feysbuk səhifəsi üzərindən canlı yayın vasitəsilə əhaliyə partiya platforması, təkliflərini, müraciətini və s edə bilər. Hesab edirik ki, insanlar arasında namizədlərlə əlaqədar ciddi informasiya böhranı var, buna əsasən isə bu, təşəbbüsü "Aktual Media" ödənişsiz, heç bir namizəddən vəsait tələb etmədən irəli sürür",-deyə İ.Hüseynov qeyd edib. 

 

 İlkin Hüseynov:
ŞƏRH YAZ
3