Əhmədov
20.09.2021 12:17
1120
Siyasət
A
Əhmədov "Avropalı Gürcüstan" tərk etdi... – İmamquliyev DTX-nı günahlandırır

Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli Bələdiyyə Məclisinə proporsional siyahısının üzvü Mahmud Əhmədov partiyanı tərk edib. 

Aktual.ge xəbər verir ki, o, bu gün Marneuli Dairə Seçki Komissiyasına ərizəsini verərək namizədliyini ləğv etdirib.

Onun sözlərinə görə, partiyada ona qarşı haqsızlıq olub.

"Partiyada mənim təkliflərim dəyərləndirilmədi, buna görə də, mən bu gün partiyadan ayrılıram", - deyə M.Əhmədov söyləyib.

Sözügedən partiyanın Marneuli qərargahının sədri və mer namizədi Əhməd İmamqliyev isə özünün sosial şəbəkəsində, namizədin partiyadan ayrılmasında Dövlət Təhlükəsizlik Xidmətini (DTX) günahlandırıb.

"Bizdə olan məlumata görə, bu günlərdə bizim partiyamızın proporsional siyahısından bir nəfər ərizəsini yazıb partiyanı tərk edəcək. DTX conilərin aqentlərinə kimsə başa salsın ki, bizim siyahidaki zəyif halqaları tapıb çıxartmaqla bizə heç bir zərər vura bilməyəcəklər",-deyə Ə.İmamquliyev yazıb.

Xatırladaq ki, 17 sentyabr tarixində "Avropalı Gürcüstan"ın Marneuli Bələdiyyə Məclisinə proporsional siyahı namizədi Eldəniz Keçəlov da tərk etmişdi.

ŞƏRH YAZ
3