Rusiyada dəhşət: 8 ölü, 6 yaralı - VİDEO
20.09.2021 12:29
730
Dünya
A
Rusiyada dəhşət: 8 ölü, 6 yaralı - VİDEO

Rusiyanın Perm Universitetində atışma baş verib.

Aktual.ge xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Məlumata görə, naməlum şəxs odlu silahla ətrafdakılara atəş açıb. Perm Universitetində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko deyib ki, əvvəlcə güllə səslərini eşidən tələbələrin bəziləri özlərini pəncərədən yerə atıblar.

Polisin apardığı əməliyyat nəticəsində atəş açan şəxs saxlanılıb. Onun universitetin tələbəsi olduğu bildirilir.

 

ŞƏRH YAZ
1