Marneulidə yaşlı qadının əl-qolunu bağlayıb evini qarət ediblər
25.09.2021 16:19
550
Kriminal
A
Marneulidə yaşlı qadının əl-qolunu bağlayıb evini qarət ediblər

Marneulinin Şulaveri kəndində qarət hadisəsi baş verib.

Aktual.ge İnterpress-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında olub.

Qadının yaxınlarının bildirdiyinə görə, evə üç nəfər oğru daxil olaraq 80 yaşlarında qadının əlini qolunu bağlayaraq onun qızıllarını və pulunu oğurlayıblar. 

Eyni zamanda bildirilir ki, qadına bıçaq çıxarılaraq, onu həyatı ilə hədələyiblər.

Qadının evdə tək yaşadığı bildirilir.

Hazırda hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Soyğuna məruz qalan qadın polis bölməsinə aparılıb və ifadəsi alınır.

ŞƏRH YAZ
7