Azərbaycanda Anım Günüdür
27.09.2021 00:46
259
Mədəniyyət
A
Azərbaycanda Anım Günüdür

Azərbaycanın Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, eləcə də bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Aktual.ge məlumat verir ki, bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.

Azərbaycan Təşkilat Komitəsinin yaydığı məlumata görə, Anım Günündə şəhidlər Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da Azərbaycan daxilində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən paytaxt Bakidakı Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də Azərbaycanın xaricində anım mərasimləri keçiriləcək.

ŞƏRH YAZ
1