Bu il
30.09.2021 00:59
297
Mədəniyyət
A
Bu il "Tbilisoba" bayramı keçiriləcək ?

COVID-19 pandemiyası səbəbindən Tbilisidə ənənəvi “Tbilisoba” şəhər bayramı ötən il olduğu kimi bu il də keçirilməyəcək.

Aktual.ge xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze məlumat verib.

O, festivalın bu il də təşkil olunmayacağından təəssüfləndiyini bildirib: “Bu gün də biz gözəgörünməz düşmənlə mübarizə aparırıq və ən əsası insanların sağlamlığıdır. Bu səbəbdən bu il də bayram tədbirlərini keçirə bilməyəcəyik”.

Mer qeyd edib ki, “Tbilisoba”ya həsr olunan konsert və Tbilisinin fəxri vətəndaşlarının təltifetmə mərasimi canlı efirdə yayımlanacaq.

Məlumat üçün bildirək, paytaxt Tbilisidə genişmiqyaslı “Tbilisoba” şəhər bayramı 1979-cu ildən təşkil olunur. Əvvəllər bu şənlik oktyabr ayının sonunda keçirilsə də, 2018-ci ildən ayın ilk bazar günləri qeyd edilirdi.

ŞƏRH YAZ
0