Müfti bu il Türkiyədən Gürcüstana gələcək qurbanlıqların sayını açıqladı
10.07.2020 13:46
677
Din
A
Müfti bu il Türkiyədən Gürcüstana gələcək qurbanlıqların sayını açıqladı
“Türkiyənin Diyanet İşleri Başkanlığı (Din İşləri İdarəsi) keçmiş Sovet ölkələri arasında bu il yalnız Gürcüstana qurbanlıqlar göndərəcək”. Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şərq üzrə müftisi Hacı Yasin Əliyev məlumat verib. Müftnin sözlərinə görə, pandemiya ilə əlaqədar ötən ilə nisbətən bu il Türkiyədən Gürcüstana az sayda qurbanlıqlar göndəriləcək. O bildirib ki, ümumilikdə 120 böyük baş – 60-ı Şərqi Gürcüstan üçün 60-ı isə Qərbi Gürcüstan üçün nəzərdə tutulub. “Mövcud pandemiyanın təsir ettiyi böhranla əlaqədar ötən ilə nisbətən bu il Türkiyədən Gürcüstana az sayda qurbanlıqlar göndəriləcək. Məndə olan məlumata görə, keçmiş Sovet ölkələri arasında bu yalnız Gürcüstan üçün nəzərdə tutulub. Əlbəttə bu bizim istəyimiz və xahişımız əsasında baş tutdu. Biz artıq hazırlıqlarımızı görmüşük, qurbanlıqların gəlməsini gözləyirik, artıq bir kəsim yeri ilə də anlaşmışıq elə orada kəsib imkansız ailələrə paylayacağıq”,-deyə Y.Əliyev bildirib. Müfti qarşıdan gələn Qurban bayramı münasibətilə ölkədə və dünyada yaşan bütün müsəlmanları təbrik edib. O, eləcə də Türkiyənin hər il Gürcüstana qurbanlıqlar göndərildiyi üçün təşəkkür edib. Qeyd edək ki, ötən il Türkiyədən Gürcüstana Qurban bayramı ilə əlaqədar 215 böyük baş mal qurbanlıq göndərilmişti.
ŞƏRH YAZ
0