Seçkilərdə Marneulidə baş verən qanlı hadisənin törədicisinin adı məlum oldu
02.10.2021 18:52
1435
Kriminal
A
Seçkilərdə Marneulidə baş verən qanlı hadisənin törədicisinin adı məlum oldu

Marneuli rayonunun Daştəpə kəndində yerləşən 52 saylı seçki məntəqəsinin ətrafında "Leyboristlər" partiyasının üzvünü 1 nəfər "Gürcü arzusu" tərəfdarı bıçaqlayıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı müxalif "Leyboristlər partiyası"nın sözügedən kəntdən majoritar namizədi Əli Bədirov məlumat verib.

Əldə edilən məlumata görə isə, artıq hadisə yerində hüquq-mühafizə orqanları və ekspertiziya araşdırmaya başlayıb və cinayətdə istifadə olunan soyuq silah - biçaqda ələ keçirilib.

Mövcud məlumatlara görə, əvvəlcə mübahisə sözügedən seçki məntəqəsinin daxilində başlayıb, daha sonra isə tərəflər çölə çıxıb və aralarında qarşıdurma baş verib və nəticədə Daşqın Ramazanov Eyvaz Məmmədovu biçaqlayıb.

Zərərçəkən hazırda Marneulidəki "Aversi" klinikasına yerləşdiriblər. D.Ramazanov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
16