İşçilərin orta əmək haqqı nə qədər artıb? - STATİSTİKA
08.10.2021 11:57
193
İqtisadiyyat
A
İşçilərin orta əmək haqqı nə qədər artıb? - STATİSTİKA

"2020-ci ildə Gürcüstanda işçilərin orta aylıq nominal əmək haqqı keçən ilə nisbətən 5,4% (61,5 lari) artaraq 1 191 lari təşkil etmişdir".

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin məlumatında qeyd eidlib.

"2020-ci ildə qadınlar üçün orta aylıq əmək haqqı 952,2 lari, kişilər üçün isə 1407,7 lari səviyyəsində müəyyən edilmişdir.

İllik əmək haqqı artımı qadınlarda 9,6%, kişilərdə isə 3,4% təşkil edib.

Fəaliyyət növünə görə kişilərin orta aylıq əmək haqqı demək olar ki, bütün sektorlarda qadınların orta aylıq əmək haqqından yüksək idi.

2020-ci ildə dövlət sektorunda işləyən işçilərin orta aylıq əmək haqqı qeyri-hökumət sektorunda işləyənlərinkindən 260,5 lari az olub.
Eyni zamanda, 2019-cu illə müqayisədə dövlət sektorunda maaşlar 5,2%, qeyri-hökumət sektorunda isə 6,1% artaraq 1024,4 lari və 1284,9 lari təşkil etmişdir.

Aşağıdakı diaqramda 2005-2020-ci illərdə dövlət və qeyri-hökumət sektorunda işləyən işçilərin orta aylıq nominal əmək haqqını göstərilir.

2020-ci ildə biznes (sahibkarlıq) sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı 5,3% artaraq 1,222.9 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək maaşlar peşə, elmi və texniki fəaliyyət sahələrində (2102,4 lari, əvvəlki ilə nisbətən 0,1% azalma), habelə informasiya və rabitə (1,913,0 lari, 18,9% artım) müşahidə eilmişdir.

2020-ci ildə qeyri-kommersiya və maliyyə sektorlarında orta aylıq əmək haqqı keçən ilə nisbətən 6,3% artaraq 1135,7 lari təşkil etmişdir. Maliyyə və sığorta fəaliyyəti, eləcə də digər xidmətlər sahəsində fəaliyyət göstərən işçilər fəaliyyət növlərinə görə nisbətən yüksək əmək haqqına sahibdir.

Orta əmək haqqının böyüklüyünə görə Tbilisi və Mçxeta-Mtianeti liderlik edir", - deyə məlumatda qeyd edilib.

ŞƏRH YAZ
2