Penitensiar Xidmət:
11.10.2021 11:22
418
Sağlamlıq
A
Penitensiar Xidmət: "Mixail Saakaşvilinin səhhəti qənaətbəxşdir"

"Mixail Saakaşvilinin səhhəti qənaətbəxşdir".

Aktual.ge xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidməti tərəfindən məlumat yayılıb.

Məlumata görə, Saakaşvilinin səhhətinin pisləşdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Mixail Saakaşvili təyin olunmuş dərman qəbul edir. Hazırda səhhətinin vəziyyəti qənaətbəxşdir. Vital göstəricilər normaldır. Yəni: təzyiq - 120/90; Pulse - 90; Saturasiya - 97. Qlükoza - 101mg/dl.

Aclıq aksiyası etdiyi gündən bəri Mixail Saakaşvili tibb işçiləri tərəfindən daim nəzarətdədir", - deyə məlumatda bildirilib.

Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidzenin sözlərinə görə, Saakaşvili bal və şirədən imtina edir və yalnız su içir.
O, həmçinin bildirib ki, yaxın günlərdə Saakaşvilinin klinikaya köçürülməsi lazım ola bilər.

ŞƏRH YAZ
1