ŞAD XƏBƏR bu ödənişlər və cərimələr ləğv edilir
12.10.2021 12:29
2903
İqtisadiyyat
A
ŞAD XƏBƏR bu ödənişlər və cərimələr ləğv edilir

"2020-ci ilin 21 martından 2021-ci ilin 21 martınadək icarə üzrə fəaliyyət göstərən obyekt sahiblərinin icarə ödənişləri və cərimələr əfv edilir".

Aktual.ge xəbər verir ki, bunu İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava Hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

Nazir qeyd edib ki, bu gün Hökumət iclasında 12 məsələ müzakirə edilib.

"Bu gün Hökumət iclasında pandemiyadan əziyyət çəkən biznes obyektləri ilə əlaqədar qərar qəbul edilmişdir. Müvafiq məsələ Parlamentdə müzakirə olunurdu. Dövlət qarşısında maliyyə öhdəliklərini yerinə yetirə bilməyən vətəndaşların təxminən 1 milyon lari məbləğində ödənilməmiş ödənişi, habelə 700 min laridən çox cəriməsi bağışlanacaq. 21 mart 2020-ci ildən 21 mart 2021-ci ilə qədər dövlətə ödənilməli olan məbləği tam və ya qismən ödəyən şəxslərin ödənişi növbəti dövr üçün öhdəliyin yerinə yetirilməsi kimi qiymətləndiriləcəkdir. Ümumilikdə, kredit məbləği 4 milyon 500 min laridən çoxdur. Qərar həm fiziki həm də hüquqi şəxslərə şamil edilir", - deyə N.Turvana bildirib.

ŞƏRH YAZ
3