Ölkədə epidemioloji vəziyyət kəskinləşir, məhdudiyyətlər tətbiq oluna bilər?
12.10.2021 14:15
562
Sağlamlıq
A
Ölkədə epidemioloji vəziyyət kəskinləşir, məhdudiyyətlər tətbiq oluna bilər?

"Heç bir məhdudiyyət yoxdur [planlaşdırılmamışdır]. İndi bizim üçün əsas olan bu dalğalanmanı fəal şəkildə idarə etməkdir".

Aktual.ge məlumat verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.

Onun sözlərinə görə, ölkə hələ pandemiyanın 4-cü dalğasından çıxmayıb.

"Buna 5-ci dalğa deyə bilmərik, çünki hələ 4-cü dalğadan çıxmamışıq, sosial məsafənin aktiv istifadəsinə qayıtmaq və ən əsası maksimuma çatdırmaq üçün həll edilməli olan bəzi dalğalanmalar var",-deyib T.Qabunia.

Xatırladaq ki, ötən sutkada ölkədə kəskin yoluxma sayı qeydə alınıb. Belə ki, ötən sutkada daha 4 774 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 37 pasiyent isə vəfat edib.

 

ŞƏRH YAZ
7