Son sutkada yoluxam sayı kəskin artdı - STATİSTİKA
13.10.2021 10:49
572
Sağlamlıq
A
Son sutkada yoluxam sayı kəskin artdı - STATİSTİKA

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 837 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 645 195, ölənlərin sayı isə 9 332 nəfərə çatıb. Virusa yoluxanlardan 605 581 nəfərin sağaldığı bildirilir.

Xatırladaq ki, Gürcüstanda bir sutka əvvəl isə 4 774 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 1 623 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent vəfat edib.

ŞƏRH YAZ
6