Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb
13.10.2021 11:17
175
İqtisadiyyat
A
Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 10 009,7 milyon ABŞ dolları təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 % çoxdur.

Son 1 ildə İlk Gürcüstanın ixracının dəyəri 24% artaraq 2 981,3 milyon dollar, idxalının dəyəri isə 21,6% artaraq 7 028,4 milyon dollar olub.

Son nəticədə xarici ticarətdə 4 047,1 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi dövriyyədəki payı 40,4 % olub.

ŞƏRH YAZ
6