Kateqoriyalar
"Hələ ki, 5-ci dalğaya girmişik deyə bilmərik, çünki hələ 4-cü dalğadan çıxmamışıq".
Aktual.ge xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
O, həmçinin məhdudiyyətlərdən də danışıb və hər hansı bir məhdudiyyətin planlaşdırılmadığını bildirib.
"Bu mərhələdə heç bir məhdudiyyət planlaşdırılmır. İndi bizim üçün əsas olan yoluxmaları fəal şəkildə idarə etməkdir. Buna 5-ci dalğa deyə bilmərik, çünki hələ 4-cü dalğadan çıxmamışıq və maskanın aktiv istifadəsinə, sosial məsafəyə və ən əsası, peyvənd prosesini gücləndirmək bizim üçün əsas amillərdən biridir", - deyə nazir müavini əlavə edib.