Marneulidə 31 məcburi köçkün ailəsi üçün kənd qəsəbəsi salınıb
13.10.2021 12:18
150
Maraqlı
A
Marneulidə 31 məcburi köçkün ailəsi üçün kənd qəsəbəsi salınıb

Marneulidə məcburi köçkün ailələri üçün kənd tipli qəsəbə salınıb.

Aktual.ge xəbər verir ki, məlumatı Marneuli Bələdiyyəsinin İctimaiyyətlə Əlaqələr Xidməti yayıb.

Məlumatda bildirilib ki, illərdir bərbad vəziyyətdə olan ailələrə müasir standartlara cavab verən 31 ev hədiyyə edilib.

Yeni salınmış kəndi qəsəbəsinin açılışında mərkəzi və yerli hakimiyyət nümayəndələri ilə yanaşı Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş də iştirak edib.

Marneuli Bələdiyyəsinin mətbuat xidmətindən verilən məlumata görə, innovativ layihənin həyata keçirilməsi üçün Almaniya və Gürcüstan hökumətləri tərəfindən 10 milyon avroluq qrant ayrılıb. Yeni kəndin yaxınlığında uşaq bağçasının inşasına başlanması da planlaşdırılır.

Məlumata görə, Danimarka Qaçqınlar Şurası Almaniya Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən və məcburi köçkünlərin köçürülməsi ilə yanaşı, onların iqtisadi, sosial və təhsil inteqrasiyasını da təmin edən layihə həyata keçirir.

Qeyd edək ki, Marneuli Bələdiyyəsi Bələdiyyə İdarəsi, yerli büdcənin birgə maliyyələşdirdiyi regional layihələr çərçivəsində kənddə dəyəri 722 min 510 lari olan yol infrastrukturu işlərini həyata keçirib.

ŞƏRH YAZ
13