Saakaşvilinin səhhəti ilə bağlı Nazirlik hərəkətə keçdi
13.10.2021 22:23
1325
Sağlamlıq
A
Saakaşvilinin səhhəti ilə bağlı Nazirlik hərəkətə keçdi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.

Aktual.ge xəbər verir ki, bu barədə ədliyyə naziri Rati Breqadze məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyəti sabiq dövlət başçısının razılığından asılı olacaq.

Məlumat üçün bildirək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən eks-prezident artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

ŞƏRH YAZ
7