Saakaşvilidən etiraf: Planlaşdırdığım kimi olmadı
14.10.2021 00:07
1450
Siyasət
A
Saakaşvilidən etiraf: Planlaşdırdığım kimi olmadı

Eks-prezident Mixail Saakaşvili bundan öncə də Gürcüstana qayıtmaq üçün cəhd etdiyini bildirib.

Aktual.ge xəbər verir ki, eks-prezident bu barədə “Mtavari arxi” telekanalına məktub vasitəsilə müsahibəsində deyib.

“Uzun müddətdir ki, hazırlaşırdım. Bu, mənim ilk səfər cəhdim deyildi. Hər şey planlaşdırdığım kimi olmadı. Nələrsə edildi və birinci cəhdim az qala faciə ilə nəticələnəcəkdi. Bunlar ümumilikdə mediada təsvir olunan biznes-reysi, yaxud başqa bir şey deyildi”, - deyə M.Saakaşvili qeyd edib.

O bildirib ki, gəlişinin ilk səbəbi qarşısıalınmaz, sərhədsiz vətən həsrət idi:

“Hər gecə Gürcüstanın müxtəlif yerlərini yuxumda görürdüm. Pekin küçəsi, dəhlizim, Rustaveli, Vera və 51 nömrəli məktəb, İlk eksperimental məktəbi, Borjomi, Batumi, Anakliya, Qaqra... İkincisi də, bu, rasional, uzun müddət düşünülmüş addım idi. Demoqrafiyaya, geosiyasətə, daxili institutların dağıldığına baxdıqda, düşünürəm ki, biz geri qayıtmağın mümkün olmadığı cizgiyə gəlmişik”.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə polis tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
3