Açıqlama verildi - Bu ildə kommunal xərclər bəzi ailələr üçün güzəştli olacaq
14.10.2021 10:37
12514
İqtisadiyyat
A
Açıqlama verildi - Bu ildə kommunal xərclər bəzi ailələr üçün güzəştli olacaq

"Kommunal xidmət ödənişləri üzrə subsidiyalar əhalinin ən həssas təbəqələri üçün nəzərdə tutulacaq".

Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə nazirliyindən bildirilib.

Maliyyə nazirinin müavini Giorgi Kakauridzenin sözlərinə görə, Gürcüstanın dövlət büdcəsi qışda kommunal xərclər üçün subsidiyanı nəzərdə tutmur.

"Ötən il dövlət 200 kv-dan artıq olmayan elektrik enerjisindən və 200 kubmetrdən artıq olmayan təbii qazdan istifadə etmiş vətəndaşlara kommunal xərclərin ödənilməsində kömək edib. Bundan əlavə, dövlət artan elektrik tarifi ilə mövcud tarif arasındakı fərqi də ödəyib. Elektrik tarifləri də daxil olmaqla subsidiya ilə bağlı qərar kovid pamdemiyası səbəbilə alınmışdı. Ancaq indi isə əhalinin bütün təbəqələri üçün tarif subsidiyalarından bəhs etmək düzgün deyil", - deyə G.Kakauridze bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, elektrik enerjisi və təbii qaz subsidiyanın bir hissəsi əhalinin ən həssas təbəqələri üçün nəzərdə tutulacaq: "Gürcüstan Milli Bankı kommunal xərclərin subsidiyalaşdırılmasının əleyhinə olub. Bank nümayəndələrinin fikrincə, əvvəlki subsidiyanın baza təsiri 2021-ci ilin dekabrında və 2022-ci ilin yanvar-fevral aylarında inflyasiya səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq".

ŞƏRH YAZ
12