14.10.2021 10:44
431
Siyasət
A
"Mişaya azadlıq" aksiyasına qoşulmaq üçün regionlardan Tbilisiyə avtomobil karvanı hərəkət edir

Acaristanın bütün bələdiyyələrindən olan "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları və liderləri konvoylarla Tbilisiyə yollanır.

Aktual.ge xəbər verir ki, onlar "Mişaya azadlıq" şüarı altında Tbilisiyə tərəf hərəkət edirlər.

"Vahid Milli Hərəkat"ın üzvü və Batumidəki müxtəlif müxalifət partiyalarının baş bələdiyyə başçılığı namizədi Giorgi Kirtadzenin sözlərinə görə, bu gün Tbilisidə çoxlu sayda vətəndaşın iştirak edəcəyi genişmiqyaslı mitinq keçiriləcək.

Partiya üzvləri isə bildiriblər ki, mitinqin əsas tələbi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi olacaq.

Onlar ölkədə oliqarxik rejimə son qoyulmalı olduğunu vurğulayıblar.

ŞƏRH YAZ
1