14.10.2021 12:32
337
Siyasət
A
"Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı ciddi təhlükə var" – Udumaşvili

"Mixail Saakaşvilinin səhhətinin pisləşməsi üzrə ciddi bir təhlükə var. Təbii olaraq bədəni dəmir deyil, 14 günlük aclıq aksiyası izlərini göstərəcək". 

Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri olan Zaal Udumaşvili söyləyib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin tibb işçilərinin nəzarəti altında olması çox vacibdir.

"Sualım var ki, niyə Mixail Saakaşvilinin sağlamlığına görə məsuliyyət daşıyan şəxsi həkimə icazə verilmədi. Qrup qurulmamışdan əvvəl Nika Kipşidze onun yanında olmalı, sağlamlığını nəzarətdə saxlamalı idi. Əslində bu gün çox vacibdir Mixeil Saakaşvilinin sağlamlığını izləmək. Vəziyyətin pisləşməsi ilə əlaqədar ciddi bir təhlükə var",-deyib Z.Udumaşvili.

Məlumat üçün bildirək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən eks-prezident artıq 14-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

ŞƏRH YAZ
0