Nüfuzlu din xadimləri Saakaşvilinin sərbəst buraxılması üçün imza atdılar
14.10.2021 13:04
673
Siyasət
A
Nüfuzlu din xadimləri Saakaşvilinin sərbəst buraxılması üçün imza atdılar

Manqlisi və Tetritskaro metropoliti, keşiş Anania, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sərbəst buraxılması üçün petisiyanı imzalayacağını söyləyib.

Aktual.ge xəbər verir ki, o, həbsxanada Mixail Saakaşviliyə baş çəkmək niyyətində olduğunu da bildirib.

"Biz məbədinqarşısındayıq. Məsih (Hz.Məsih Peyğəmbər) bizə bağışlamağı öyrədir", - deyə o, qeyd edib.


Tianeti və Pşav-Xevsureti yepiskopu, keşiş Mixail isə həbsdə olan eks-prezident haqda jurnalistlərə açıqlamasında deyib: "Hamı azadlıq istəyir. Mən bütün insanların azad edilməsinin və sevimli ailələrinə qayıtmasının tərəfdarıyam. Bu məsələyə toxunmaq lazımdır, həm də ailələrin gözlədiyi insanlar var. İmzalanmaq çox şey demək deyil, əsas odur ki, mən hər hansı bir insana yaxşılıq istəyirəm, yaxşılıq. Söhbət təkcə Mixail Saakaşvilidən yox, evdə valideynlərini gözləyən bütün insanlardan gedir".

Din xadimi əlavə edib ki, cəmiyyətin barışığı və birliyi kilsədə baş verir.


Bundan əvvəl Axalkalaki, Kumurdo və Kari Metropoliteni din xadimi Nikolas da keçmiş prezident M.Saakaşvilinin sərbəst buraxılması üçün petisiyanı imzaladığını bildirib.O, həmçinin M.Saakaşvilini Rustavidəki həbsxanada ziyarətdə edib. 

"Ümid edirəm ki, cənab Mixail həbsdən çıxacaq və ölkəmizin tarixində yeni bir dövr başlayacaq",- o, söyləyib.


Məlumat üçün bildirək ki, Sinodun bir sıra digər nüfuzlu üzvləridə sabiq dövlət başçısı M.Saakaşvilinin sərbəst buraxılmağı üçün tətbiq edilən petisiyanı imzalasa da, ancaq bir çoxu da imzalamayıb.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən eks-prezident artıq 14-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

ŞƏRH YAZ
3