Kateqoriyalar
Rustavidə, 17 saylı cəzaçəkmə müəssisəsində yanğın meydana gəlib.
Aktual.ge xəbər verir ki, yanğın sözügedən həbsxananın mətbəxində baş verib.
Yanğın-Xilasetmə briqadaları hadisə yerinə cəlb olunub və yanğının söndürülmə işləri davam etdirilir.
Hadisə ilə əlaqədar Penitensiar Xidmətin açıqlamasında deyilir:
"Hadisə yerinə 6 yanğınsöndürmə briqadası və 11 yanğınsöndürən maşını cəlb edilib. Mətbəx məhkumların olduğu binadan uzaqda yerləşir”.