14.10.2021 17:14
303
Siyasət
A
"Mişaya azadlıq" mitinqinin iştirakçılarının bir hissəsi artıq Tbilisidədir

"Mişaya azadlıq!" aksiyasına qoşulan mitinq iştirakçılarının bir hissəsi artıq Tbilisidədir.

Aktual.ge xəbər verir ki, onlar Respublika meydanından mitinqin keçirilməsi planlaşdırılan Azadlıq meydanın tərəf hərəkət edəcəklər.

Etirazçıların məlumatlarına görə, Sameqrelo, Acariya və İmeretidən də maşın karvanları gəlməkdə davam edir.

Bununla yanaşı, Azadlıq meydanında liderlərin etirazçılara müraciət etməsi üçün də səhnə quraşdırılıb.

Mitinq saat 18:00-da başlayacaq.

ŞƏRH YAZ
0