Kaxetidən gəlmiş mitinq iştirakçıları Azadlıq meydanına tərəf hərəkət edirlər
14.10.2021 17:46
881
Siyasət
A
Kaxetidən gəlmiş mitinq iştirakçıları Azadlıq meydanına tərəf hərəkət edirlər

Kaxetidən olan mitinq iştirakçıları Tbilisidə, Orbeliani meydanına toplaşırlar.

Aktual.ge xəbər verir ki, onlar sözügedən ərazidən mitinqin keçiriləcəyi Azadlıq meydanına tərəf istiqamətləniblər.

"Vahid Milli Hərəkat"ın üzvü Giorgi Botkovelinin sözlərinə görə, bugünkü mitinqdə görünməmiş sayda insan iştirak edəcək.

"Bu, hamımızın birlikdə ölkənin azadlığını və siyasi məhbus Mixail Saakaşvilini müdafiə etməli olduğumuz bir mitinqdir. Bu, qərar verəcəyimiz çox şeyin olduğu bir gündür. Hətta heç vaxt mitinqə çıxmamış insanlar da bu gün buradadır. Bu şəkildə "Gürcü Arzusu"nun ölkədə gördüyü işlərə son qoymalıyıq. Bu gün müxtəlif bələdiyyələrdə baş verənlər hökumətin sona doğru atılmış addımlarıdır. Hamımız burada bir yerə toplanıb Azadlıq Meydanına keçəcəyik", - deyə Botkoveli bəyan edib.

ŞƏRH YAZ
1