"Hamımız 30 oktyabr seçkilərində hər bir səsi qoruyaq".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili seçiciləri yerli özünüidarə seçkilərinin ikinci turuna getməyə çağırıb.
Keçmiş prezident həbsxanadan göndərdiyi və etiraz aksiyası zamanı Nika Qvaramia tərəfindən oxunan məktubunda bildirib ki, bütün səslərə oktyabrın 30-da riayət olunmalıdır.
"30-da keçiriləcək seçkilərdə hamımız hər bir səsi qoruyaq və sonra birlikdə Tbilisidə Nika Melianın, Kutaisidə Xatia Dekanoidzenin, Batumidə Giorgi Kirtadzenin, Zuqdididə Anzor Melianın, Rustavidə Davit Kirkitadzenin , Poti Qiqi Uqulavanın , Senakidə Koba Nakopianın, Telavidə Giorgi Botkovelinin, Xaşurda isə İoseb Buakaşvilinin qələbəsini qeyd edək", - deyə Saakaşvili məktubunda yazıb.