Nika Melia:
14.10.2021 20:36
1482
Siyasət
A
Nika Melia: "Bu gün dünya gürcü xalqının kim olduğunu gördü"

"Bu gün biz gürcü xalqı olaraq mənəvi cəhətdən qalib gəldik. Bütün dünya gürcü xalqının kim olduğunu gördü".

Aktual.ge xəbər verir ki, bunu "Vahid Milli Hərəkat"ın sədri, Tbilisi meriyasına namizəd Nika Melia Azadlıq Meydanındakı çıxışında deyib.

O, mitinqdə iştirak edən müxalifət partiyalarından olan həmkarlarına təşəkkürünü bildirib.

“Bura gəlib bu ağrını, hamımızın birlikdə qarşılaşdığımız bu təhlükəni bölüşən bütün müxalifət nümayəndələrinə təşəkkür etmək istəyirəm. Burada müxtəlif siyasi partiyaların bir çox nümayəndəsini gördüm. Müasir dövlət bu cür qurulmalıdır. Bu ölkənin ləyaqətinə və gələcəyə qayğıya ehtiyacı var", - deyə Melia bəyan edib.

ŞƏRH YAZ
0