Kateqoriyalar
"Gürcüstanda on minlərlə insan Saakaşvilinin azad edilməsini tələb edir".
Aktual.ge xəbər verir ki, bu barədə beynəlxalq media orqanı "Aljazeera" 14 oktyabrda paytaxt Tbilisidə "Mişaya Azadlıq" mitinqi ilə əlaqədar dərc etdiyi məqalədə deyilir.
"Aljazeera" AFP müxbirinə istinadən bildirir ki, Azadlıq Meydanında keçirilən mitinqə 50 mindən çox adam qatılıb. Nəşr eyni zamanda qeyd edir ki, əhali Mixeil Saakaşvilinin həbsdən azad edilməsini tələb etmək üçün mitinqə qatılıb.
Fransa24 beynəlxalq mediası da eyni mövzuda bir məqalə dərc edib. Sözügedən nəşr də Tbilisidəki mitinqdə 50 mindən çox insanın iştirak etdiyini yazıb.