"Gürcüstanda hamının hüquqları qorunur, əslində çoxları Saakaşvilinin 2012-ci ildən əvvəl tikdiyi həbsxana ilə müqayisədə demək olar ki, o, kurortdadır".
Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Saakaşvilinin vaxtında həbsxana əsl cəhənnəm idi.
"Həqiqətən kurortdadır, əla şəraiti var. Aclıq aksiyasına gəlincə, hər hansı bir məhbus aclıq aksiyasında nəzarətdə saxlanılır, bu halda eyni hal baş verir. Əgər onun hər hansı bir komplikasiyası olarsa, başqa bir məhbusda olduğu kimi müvafiq müdaxilə olacaq",-deyə İ.Kobaxidze "İmedi" telekanalının efirində qeyd edib.
Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili oktyabrın 1-də saxlanılıb. O, 14-cü gündür etiraz əlaməti olaraq aclıq edir.