"Dünənki mitinqə çox adam gəldi, amma bunu 2012-ci il ilə müqayisə edə bilmirəm".
Aktual.ge xəbər verir ki, bunu Parlamentin vitse-spikeri David Sergeenko deyib.
Mitinqin məzmununa gəldikdə isə, Sergeenko bildirib ki, bu ədalət mühakiməsinə təsir etməyəcək.
O, həmçinin bir çox ölkədə keçmiş prezidentlərin cəza çəkdiyini bildirib.
“2012-ci ili yaxşı xatırlayıram, çünki özüm bu mitinqlərdə iştirak etmişəm. Mən sadəcə düşündüklərimi deyirəm. Saakaşvili də daxil olmaqla,heç bir məhbus haqqında pis danışmayacağam, amma bu, görünməmiş hal deyil və buna oxşar hadisələrin olduğu ölkələri sadalamaq istəmirəm. Bunun ölkənin imicinə xələl gətirəcəyini düşünmürəm. Əlbəttə yaxşı deyil, bu cinayəti törətməmək daha yaxşı olardı, məhz bu səbəbdən də bu adam cəzasını çəkir", - deyə Sergeenko bildirib.