Tbilisidə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilib
15.10.2021 15:42
806
Siyasət
A
Tbilisidə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilib

Paytaxt Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilib.

Aktual.ge xəbər verir ki, tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunub.

Forumda Azərbaycan və Gürcüstan mediasını, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr və ekspertlər iştirak edib.

Tədbir çərçivəsində eləcə də, “Regionda medianın sülhə dəstəyi” və “Regionda gənclərin sülhdə dəstəyi” mövzularında panel müzakirələri baş tutub.

Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi forumun tərəfdaşları qismində çıxış edib. Tədbir iştirakçıları sabah Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 44 günlük Vətən müharibəsindəki Zəfərin birinci ildönünümə həsr olunan konfransda bir araya gələcəklər.

ŞƏRH YAZ
1