Rustavi həbsxanasında çıxan yanğında 2 məhbus həyatını itirib
15.10.2021 16:00
940
Hadisə
A
Rustavi həbsxanasında çıxan yanğında 2 məhbus həyatını itirib

Dünən Rustavidəki 17 saylı cəzaçəkmə müəssisəsində baş verən yanğın nəticəsində 2 nəfər ölüb. 

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, həyatını itirənlərin hər ikisi məhbus imiş, bundan əlavə yanğın nəticəsində həbsxana işçilərindən bəzilərinin də tüstüdən zəhərləndikləri, lakin sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Xatırladaq ki, dünən saat 14:20-də Rustavidəki 17 saylı həbsxananın mətbəxində yanğın baş verib. Hadisə yerinə 6 xilasetmə qrupu və 11 yanğınsöndürmə briqadası gəlib.

Faktla bağlı artıq araşdırmaya başlanılıb.

ŞƏRH YAZ
7