15.10.2021 17:11
850
Din
A
"Zəhra Ana" Fondu gördüyü işlərin 1 illik hesabatını təqdim edir

"Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu artıq 1 ildir ki, xeyriyyə işlərini davam etdirir. 7 nəfərdən ibarət idarə heyyətinin təşəbbüsü ilə təşkil olunan bu fonda 200 nəfərə yaxın könüllü yardımsevər vətəndaşlarımız (ayda azı 5-10 lari olmaqla) daimi yardım köçürür. Bu günə qədər ümumilikdə 30 min larilik xeyriyyə işləri həyata keçirilmişdir".

Aktual.ge xəbər verir ki, bu sözləri Fondun illik hesabatını təqdim edərkən xeyriyyə qurumun rəhbəri Laləzar İbrahimova söyləyib. 

O bildirib ki, məhz toplanan ianələr hesabına Fond yarandığı gündən bir sıra xeyriyyə işləri həyata keçirib: 

"Onlarla kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə ümumilikdə 500 ərzaq paketi təqdim edilib. 50 nəfərə yaxın imkansız xəstənin müalicəsinə və ya dərmanlarının alınmasına fond tərəfindən kömək edilib. 30 aztəmnatlı ailələrin uşaqlarını paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin olunub. Evləri olmayan və ya qəza vəziyyətində olan 6 ailənin evlərinin müəyyən təmir işlərinə yardım əli uzadılıb və 10 yoxsul ailənin evlərinin isitməsinə yardımçı olub. Fond yeni ildə, Qurban və Ramazan bayramında da yoxsul ailə və uşaqları hədiyyələrlə sevindirir".

"Zəhra Ana" Fondunun rəhbəri yardım edənlərə və bu yolda zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirir, Allahdan özləri və ailələri üçün cansağlığı və bol ruzi diləyir.

ŞƏRH YAZ
0