Din xadimi Saakaşvili ilə görüşdükdən sonra ölkə gündəminə oturacaq AÇIQLAMA VERDİ
15.10.2021 21:02
2524
Siyasət
A
Din xadimi Saakaşvili ilə görüşdükdən sonra ölkə gündəminə oturacaq AÇIQLAMA VERDİ

Keşiş Melkisedek, Rustavi 12 saylı həbsxanasında eks-prezident  Mixail Saakaşvili ilə görüşdən sonra mətbuata açıqlama verib.

Aktual.ge xəbər verir ki, din xadimi qeyd edib ki, Saakaşvili aclıq aksiyasına son qoymaq niyyətində deyil, o, dünənki mitinqə görə gürcü xalqına təşəkkür edir.

"O, sağlamlığı və ümumiyyətlə vəziyyəti ilə maraqlanan bütün Gürcüstan xalqına təşəkkür edir. Dünən ki, mitinqə görə isə minnətdarlığını ifadə edir. Bunu edə biləcək hər kəsdən xahiş etmək istərdim ki, onun şəxsi həkimini yanına buraxsınlar. Saakaşvili aclıq aksiyası dayandırmaqdan imtina edir",-deyən din xadimi əlavə edib:

"Üzünün rəngi xoşuma gəlmədi, aydındır ki, uzun müddətdir bu vəziyyətdədir, o, çox acdır".

ŞƏRH YAZ
7