Qaracala kəndində kütləvi dava olub: 3 yaralı
01.11.2021 10:23
1324
Kriminal
A
Qaracala kəndində kütləvi dava olub: 3 yaralı

Telavi rayonunun Qaracala kəndində ötən gecə kütləvi dava olub.

Aktual.ge Report-a istinadən xəbər verir ki, nəticədə 3 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyindən insidentlə bağlı bildirilib ki, polis əməkdaşları 15-ə yaxın şəxsin iştirak etdiyi qarşıdurmada tərəfləri asayişi qorumağa çağırsalar da və vəziyyəti sakitləşdirməyə çalışsalar da, tərəflər polisin qanuni çağırışlarına tabe olmayıb, bir-biri ilə fiziki qarşıdurmanı davam etdiriblər.

Əraziyə əlavə polis qüvvələri çağırılıb. Mübahisə tərəflərindən biri polisə qarşı aqressiv olub, hüquq-mühafizə orqanlarının əməkdaşları təhqir olunub və fiziki təzyiq göstərilib. Polis əməkdaşları arasında xəsarət alanlar olub.

Qeyd olunub ki, həm münaqişə tərəflərinin, həm də polis əməkdaşlarına müqavimət göstərən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq istintaq və prosessual hərəkətlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin zorakılıq, polis əməkdaşlarına təcavüz və tabe olmama maddələri üzrə istintaq aparılır.

Kütləvi davanın səbəbi bilinmir. İnsident zamanı xəsarət alan 3 nəfərin həyatlarının təhlükədə olmadığı bildirilir.

ŞƏRH YAZ
5