Qara dəniz çırpınır - Dənizə girmək qadağan edildi
07.09.2020 17:02
806
Maraqlı
A
Qara dəniz çırpınır - Dənizə girmək qadağan edildi
Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəetmə Xidməti bu gün - sentyabrın 7-də, Qara dəniz sahillərində 3-4 bal gücündə bir fırtına qeydə alınacağını, buna görə də dənizdə üzməyin qadağan olunduğunu açıqlayıb. Aktual.ge xəbər verir ki, sözügedən qurumun verdiyi məlumata görə, bütün xilasetmə qüllələrində qırmızı bayraqlar asılıb ki, bu da dənizə müvəqqəti giriş qadağasının göstəricisidir. Eləcədə elan edilib ki, dənizdə üzmək qadağandır. “Xahiş edirəm təhlükəsizlik qaydalarına riayət edin, qadağa işarələrinə diqqət yetirin və xilasedicilərin təlimatlarına əməl edin. Şüursuz vəziyyətdə suya girməyin, uşağları və yeniyetmələri çimərlikdə və suda nəzarətsiz buraxmayın. Fırtına sona çatdıqdan sonra və təkrar dənizə girməyə icazə verildiyi zaman sahildə ağ rəngli işarələr qurlaşdırılacaq”, – deyə məlumatda qeyd olunub.
ŞƏRH YAZ
1