Tbilisidə Azərbaycanın Zəfərinə həsr olunan tamaşa təqdim edilib
09.11.2021 18:20
184
Mədəniyyət
A
Tbilisidə Azərbaycanın Zəfərinə həsr olunan tamaşa təqdim edilib

Tbilisidə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümü münasibətilə “Cənnətdən gələn məktub” adlı tamaşa səhnələşdirilib.

Aktual.ge xəbər verir ki, “Era” teatrının Azərbaycan dilində hazırladığı səhnə əsəri Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur. Səhnə əsərində rolları aktyorlar - Binəli İslamoğlu və Elnur Vəlizadə ifa ediblər.

Vətənpərvərlik və şəhidlik “Cənnətdən gələn məktub” tamaşasının əsas mövzusudur. Əsərin ana xətti şəhid olmuş ata və oğulun dialoqu, atanın qızına ünvanladığı məktub üzərində qurulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə baş tutan premyeranı izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, DİDK-nin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, iş adamları, gənclər və ziyalılar olub.

Tamaşaçılar səhnə əsərini rəğbət və alqışlarla qarşılayıblar.

ŞƏRH YAZ
0