Ankarada YTB-nin təşkilatçılığı ilə “Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan Həmrəylik Proqramı” keçirilib
10.11.2021 12:54
267
Mədəniyyət
A
Ankarada YTB-nin təşkilatçılığı ilə “Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan Həmrəylik Proqramı” keçirilib

Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsinin (YTB) Ankaradaki Hamamönü ofisində “Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan Həmrəylik Proqramı” adlı mərasim keçirilib.

Aktual.ge xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan mərasimə bu ölkənin Prezidentinin təhlükəsizlik və xarici siyasət idarə heyətinin üzvü Prof. Dr.Aygün Attar, YTB sədri Abdullah Eren, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və çox sayda tələbə iştirak edib.

“Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan Həmrəylik Proqramı” adlı mərasim iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və Qurani-Kərimin tilavəti ilə başlayıb.

Burada çıxış edən Azərbaycan səfiri R.Məmmədov Türkiyənin bir çox universitetlərində belə proqramların həyata keçirildiyini bildirib və Türkiyədə təhsil alan tələbələrin Azərbaycanın gələcəyində, dövlət idarəçiliyində və siyasətində mühüm yer tutacağını qeyd edib.

Tədbirdə çıxış edən YTB sədri A.Eren isə Azərbaycan Türkiyə çox fərqli və qardaş ölkədir deyib.

Sədr xatırladıb ki, ötən il ilk müharibə başlayanda azərbaycanlı tələbələrlə mənəvi və motivasiya üçün bir sıra görüşlər keçiriblər.

'Qarabağ Zəfəri' savaşında Türkiyə təkcə siyasi cəhətdən deyil, bütün imkanları ilə dost və qardaş Azərbaycanın yanında olub. Azərbaycan həqiqətən bizim üçün çox fərqli bir ölkədir. 'İki dövlət, bir millət'. Biz bunu həmişə deyirik, amma Qarabağ Qələbəsindən sonra bunu daha ürəkdən hiss etməyə başladıq. Azərbaycanla fərqli əlaqələrimiz mövcuddur, bu günə 6 minə yaxın azərbaycanlı tələbəyə təqaüdlə təmin etmişik və bu davam da edəcək",-deyə YTB sədri qeyd edib. 

 Abdullah Eren:
ŞƏRH YAZ
0