28 ildir axtarışda olan gürcüstanlı
11.11.2021 12:25
686
Kriminal
A
28 ildir axtarışda olan gürcüstanlı "qanuni oğru" həbs edildi - VİDEO

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşları kriminal aləmdə “Turikela” və ya “Mamuka Kaxeti” kimi tanınan 50 yaşlı gürcüstanlı “qanuni oğru” Mamuka Şubitidzeni gözaltına alıb.

Aktual.ge xəbər verir ki, bu barədə Prime Crime məlumat yayıb.

Nəşr saxlanılan şəxsin əməliyyat videosunu da dərc edib. Görüntülərdə polis həmin şəxsdən "qanuni oğru" olub-olmadığını soruşsa da, o, bu suala cavab vermir. Məhkəmənin qərarı ilə M.Şubitidze Belarusa ekstradisiya olunana qədər nəzarətə alınıb. O, Moskvada qətl, oğurluq və hökumət rəsmisinə qarşı zorakılıq hədələrində ittiham olunub. M.Şubitidze sözügedən cinayətləri 2020-ci ildə Minskdə törədib.

Ayrıca Gürcüstanda 1993-cü ildə bir polis məmurunu qətlə yetirdiyinə görə axtarışda olan "qanuni oğru" hüquqdan qaçmaq üçün Davit Barataşvili ad və soyadını götürüb.

ŞƏRH YAZ
1