13.11.2021 18:30
249
Mədəniyyət
A
"Aktual Media" növbəti "Jurnalistika kursu"nu ELAN EDİR

"Aktual Media" - Aktual.ge xəbər portalı Marneulidə ilk olaraq başlatdığı "Jurnalistika kursu"nun növbəti mərhələsini elan edir. 

Aktual.ge-nin verdiyi məlumata görə, məqsədimiz jurnalistika ilə maraqlanan, bu sahədə təhsil alan şəxslərə təlim proqramı vasitəsilə mətbuatda (televiziya, xəbər portalı və onlayın media) peşəkar bilik və səriştənin artırılmasında köməklik etməkdir.

Kursun müddəti 12 həftə, 24 məşğələdən ibarətdir. Kurslarda aşağıdaki bilik və səriştələri artırmaq nəzərdə tutulur:

 •Xəbərlərin yazılması;

 •Məqalə yazma tərzləri;

 •Reportajların hazırlanması;

 •Müsahibə alma texnikası və praktikası;

 •Onlayn media və sosial şəbəkələrlə iş;

 •Xəbərin obyektivliyi;

 •Etika qaydaları;

 •Səlis danışıq qabiliyyəti, fikirlərini aydın, qüsursuz ifadə etmək bacarığı; 

 •Və digər aktual məsələlər.

Təlimdə iştirak etmək arzusunda olan, jurnalist olmağa maraq göstərən, təhsilli, (xüsusi istedadlılara ali təhsil şərti istisna ola bilər), 30 yaşa qədər olan gənclər öz CV-lərini 30 noyabr tarixinə qədər aşağıdakı emailə təqdim edə bilərlər:

Aktualge@gmail.com

Təlimlər Azərtac-ın xüsusi müxbiri Xətayi Əzizov və “Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Məhəmmədəli tərəfindən aparılacaq. Bundan əlavə, kurs dövründə iştirakçılara təlimçilər tərəfindən verilən tapşırıqların həyata keçirilməsi müqabilində hədiyyələr nəzərdə tutulur.

12 həftə davam edəcək kurs çərçivəsində jurnalistikaya yaxın olan sahələrin peşəkarları, bir sıra sahələrin mütəxəssisləri, o cümlədən Gürcüstandakı diplomatlarla seminar formatında görüşlər olacaq.

Qeyd edək ki, jurnalistika üzrə kurslar ödənişsizdir və təlimlər həftə sonları keçiriləcək. Kursa iştirakçılar müsabiqə ilə qəbul ediləcək. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat veriləcək və işlə təmin olunmasında köməklik göstəriləcək.

ŞƏRH YAZ
1