Tbilisidə yaralama işi üzrə 1 nəfər saxlanılıb
18.11.2021 11:08
166
Kriminal
A
Tbilisidə yaralama işi üzrə 1 nəfər saxlanılıb

DİN Tbilisi Polis İdarəsinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü V.Q.-ni saxlayıblar.

Aktual.ge xəbər verir ki, saxlanılan şəxs Tbilisidə sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham edilir.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Qldanidə 2000-ci il təvəllüdlü G.M.-ni mübahisə zəminində bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb və orada müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıblar”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, polis cinayətin silahını, bıçağı sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Spzügedən maddə üç ildən altı ilədək həbs cəzası nəzərdə tutur.

ŞƏRH YAZ
0