Gürcüstanda iki azyaşlı bacı itkin düşüb - AXTARILIR
Telavidə 13 və 14 yaşlı qızlar axtarılır.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, itkin düşmüş Lika və Məriyəm Deminaşvili bacıları nənələri ilə birlikdə Şakriani kəndində olublar. Evdən təkbaşlarına çıxan azyaşlıların Telaviyə yola düşdükləri, daha sonra isə izlərinin itdiyi bildirilib.
Polis yeniyetmə bacıları axtarır.
Onların ailə üzvləri dindirilmək üçün polis bölməsinə aparılıb.