Maliyyə Nazirliyi:
23.11.2021 13:35
175
İqtisadiyyat
A
Maliyyə Nazirliyi: "Qumar biznesinin qazancı hər il rekord həddə artır"

"Büdcəyə rüsum kimi daxil edilən məbləğ dəyişməsə də, qumar biznesinin qazancı hər il rekord həddə artır".

Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayır.

Nazirliyinin dərc etdiyi icmal büdcə gəlirlərinə (konsolidasiya nəzərə alınmadan) əsasən, cari ilin 10 ayında büdcəyə qumar oyunlarından ümumilikdə 55,858 milyon lari daxil olub ki, bunun da 9,819 milyon lari sistemli elektron oyunlardan (onlayn) daxil olub.

Bundan əlavə, 2020-ci ilin yanvar-oktyabr aylarında qumar biznesindən büdcəyə 16 026 milyon lari köçürülüb ki, bunun 9 461 milyon lari onlayn qumar oyunlarındandır.

Bildirilir ki, pandemiyadan əvvəlki dövrə gəlincə, 2019-cu ildə, 10 ayda qumar biznesi büdcəyə 97,492 milyon lari ödəyib ki, bunun da 9,305 milyon lari onlayn oyunlardan əldə edilib.

 

ŞƏRH YAZ
2