Tbilisidə banka hücum edildi - Xüsusi əməliyyat keçirilir
23.11.2021 15:58
538
Kriminal
A
Tbilisidə banka hücum edildi - Xüsusi əməliyyat keçirilir

Tbilisinin Ketevan Camebuli prospektində yerləşən “Bank of Georgia”ya naməlum maskalı şəxs daxil olub. 

Aktual.ge xəbər verir ki, hazırda polis hadisə yerinə səfərbər olunub və ekspert kriminoloqlar işləyir.

Bank filialının yaxınlığına təcili tibbi yardım maşını da gətirilib.

Təsdiqlənməmiş məlumatlara görə, cinayəti törədən şəxs girovları götürməyə çalışsa da, təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra qaçmağa cəhd edib.

O, bankın yaxınlığındakı tikinti obyektlərinin birində polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi hələlik məlumatı rəsmən təsdiqləməyib. 

ŞƏRH YAZ
1